Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan Rusiya qazı üçün ödənişi qismən rublla həyata keçirməyə razılaşıb - YENİLƏNİB + VİDEO

05 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə edib və qismən rublla ödəniş barədə razılığa gəliblər.

Press.az xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə baş nazirin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarını şərh edərkən bildirib.

“Danışıqlar zamanı prezidentlər razılaşdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla qəbul edəcəyik”, - deyə Novak bildirib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı görüş dörd saatdan bir qədər çox davam edib.

Bunu Rusiya dövlət başçısının köməkçisi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Soçidə baş tutan danışıqlar artıq başa çatıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşmək üçün Soçi şəhərinə səfər edib.

Ərdoğanın təyyarəsi yerli vaxtla saat 13:00-da Atatürk Hava Limanından havaya qalxıb. Səfərdə Türkiyə prezidentini xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın və MİT sədri Hakan Fidan müşayiət edib.

Türkiyə lideri Soçi hava limanında Rusiya rəsmiləri tərəfindən qarşılanıb.

Bu dəqiqələrdə isə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir.

 

Oxşar xəbərlər
OTACI