First slide

İdmançılarımız Hollandiyada 4 medal qazan - FOTOLAR

05 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Boccia Federasiyanın vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmovun rəhbərliyi altında Hollandiyada yarışda olan idmançılar "Veldhoven 2022 Dünya Boccia Çempionatı"nda yüksək nəticələrlə qələbə qazandı!

Press.az xəbər verir ki, fərdi oyunlar yekunlaşdı və idmançılarımız 4 medal qazanaraq ölkəmizin bayrağını 26 ölkə arasından yüksəltdilər və himnimizi səsləndirdilər. Qazanılan medallar:

Bəylər üzrə:

BC-4 kateqoriyalı atlet Xəyal İslamov - qızıl medal

BC-4 kateqoriyalı atlet Bəhruz Mirzəyev bürünc medal ,

Xanımlar üzrə:

BC-2 kateqoriyalı atlet Sona Ağayeva bürünc medal ,

BC-4 kateqoriyalı atlet Nərmin Ağayeva bürünc medal

Qeyd edək ki, çempionatın para və cütlük oyunları 5-6 avqust tarixlərində baş tutacaq. Yarışın cütlük halında ölkəmizi Zaur Veysəlov və Nərmin Ağayeva təmsil edəcək. Hər iki idmançıya uğurlar arzu edirik.

Oxşar xəbərlər
OTACI