Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Entoni Blinken: “ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir”

05 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ hələ də “vahid Çin” siyasətinə sadiqdir və Tayvana müstəqillik verilməsinin tərəfdarı deyil.

Press.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Kambocada keçirilən tədbirlərində çıxışı zamanı söyləyib.

“Bizim “vahid Çin” siyasətinə baxışımızda heç nə dəyişməyib. Biz heç bir tərəfin status-kvonu birtərəfli pozmasını istəmirik. Biz Tayvanın müstəqilliyini dəstəkləmirik”, - deyə E.Blinken vurğulayıb.

Fikrinin tamamında E.Blinken əlavə edib ki, ABŞ Çin və Tayvan arasında olan ziddiyyətlərin məcburiyyət və güc vasitəsi ilə deyil, sülh yolu ilə həll edilməsində maraqlıdır. 

Oxşar xəbərlər
OTACI