Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin taxıla görə Ərdoğana təşəkkür etdi

05 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Press.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

“Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə, sizə minnətdarlığımı bildirmək istəyirəm”, - Rusiya lideri Ərdoğanla görüşdə deyib.

Qeyd edək ki, bu gün Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib.

Oxşar xəbərlər
OTACI