First slide

Göyçayda kanaldan naməlum kişi meyiti tapıldı

05 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Şəhadət kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Nazirlikdən Press.az-a verilən məlumata görə, meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər
OTACI