Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya 14 bolqarıstanlı diplomatı ölkədən çıxarır

05 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Xarici İşlər Nazirliyi 14 bolqar diplomatı “persona non-qrata” elan edib.

Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

“Avqustun 5-də Bolqarıstanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib. Ona Bolqarıstanın Rusiyadakı diplomatik nümayəndəlik və konsulluq idarələrinin 14 əməkdaşının “persona non-qrata” elan edilməsini bəyan edən nota təqdim olunub”, - deyə məlumatda qeyd edilir.

Qeyd olunduğu kimi, bu tədbir Bolqarıstan tərəfindən Rusiya diplomatik missiyasının 70 əməkdaşının arzuolunmaz şəxs elan edilməsi, Rusiyanın Bolqarıstanda diplomatik və inzibati-texniki işçilərinin sayına kvotaların tətbiqi, habelə Rusiya Federasiyasının Ruse şəhərindəki Baş Konsulluğunun bağlanması ilə bağlı qərarlarına cavab idi.//oxu.az

Oxşar xəbərlər
OTACI