Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çinin ABŞ-dakı səfiri Ağ Evə çağırıldı

05 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çinin ABŞ-dakı səfiri Tsin Qan Tayvan ətrafında yaranmış vəziyyətlə əlaqədar Ağ Evə çağırılıb.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

“Biz Tayvan boğazında sülh və sabitliyi qorumaq kimi çoxdankı məqsədlərimizə zidd olan Çinin məsuliyyətsiz hərbi hərəkətlərini pisləyirik”, - deyə bəyanatda bildirilir.

Ağ Ev Çinin ABŞ-dakı səfirinə bütün rabitə kanallarını saxlamaq istədiyini və Vaşinqtonun “Vahid Çin” prinsipinə sadiq olduğunu, həmçinin böhran istəmədiklərini, lakin Pekinin qərar verəcəyi hər şeyə hazır olduqlarını bəyan edib.//oxu.az

Oxşar xəbərlər
OTACI