Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib - FOTO

05 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, DYPB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində idarə etdiyi VAZ-2107 markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayonun Şotlanlı kənd sakini Elvin Fərzəliyev saxlanılıb. İdarəsində olan avtomobil müvəqqəti duracağa yerləşdirilib. 

E.Fərzəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Oxşar xəbərlər
OTACI