Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Payızda yoluxma yenidən arta bilər - XƏBƏRDARLIQ

05 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Koronavirus tipli bu infeksiyalar payıza doğru aktivləşir". 

Press.az azxeber.com-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

İnfeksionist qeyd edib ki, özümüzü qorumaq üçün birgə səy göstərməliyik:

"Bəli, hətta bir neçə ay bundan əvvəl qeyd etmişdik ki, bu tip infeksiyalar payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır.

Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil. Hazırda proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Qeyd edim ki, pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Yuxarıda qeyd etdiklərimdən əlavə, özümüzü qorumaq üçün birgə səy göstərməliyik".

Oxşar xəbərlər
OTACI