First slide

"Neftçi" "Rapid"ə qalib gəldi - Yenilənib

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları davam edir.

Press.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Neftçi" də bu gün meydana çıxıb.

Laurentsiu Regekampfın komandası Avstriya “Rapid”ni qəbul edib. “Bakcell Arena”da keçirilən görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək.

4 avqust

Konfrans Liqası

3-cü təsnifat mərhələsi

İlk oyun

21:00. “Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya) - 2:1

Qollar: Ataa Caber, 44 (1:0), Kenni Sayef, 61 (2:0),Quido Burqstaller, 90+5 (2:1)

Baş hakim: Dario Bel (Xorvatiya)

Bakı. “Bakcell Arena”

Oxşar xəbərlər
OTACI