Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Aİ Ukraynaya daha 8 milyard avroluq maliyyə paketi hazırlayır

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa İttifaqı sentyabr ayına qədər Ukrayna üçün təxminən 8 milyard avro dəyərində daha bir maliyyə paketi hazırlamaq niyyətindədir. 

Press.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə  Almaniya hökumətindəki mənbə bildirib. 

Paketin bir hissəsi qaytarılmasına ehtiyac olmayan qrantlardan, digər hissəsi isə kreditlərdən ibarət olacaq.

May ayında G-7 maliyyə liderləri əsasən ABŞ-dan Ukraynaya 9,5 milyard dollarlıq yeni yardım haqqında razılığa gəliblər. Almaniya artıq ödədiyi may paketinə 1 milyard avro töhfə verib.

Almaniyanın da yeni yardım paketinə töhfə verəcəyini söyləyən mənbə, İtaliya və Fransa kimi digər Aİ ölkələrinin hələlik bitərəf qaldığını və Berlinin bu mövzuda Avropalı tərəfdaşları və Avropa Komissiyası ilə sıx əlaqə saxladığını söyləyib.

Təqdim olunan yardım Ukrayna hökumətinin büdcəsini dəstəkləməlidir, hərbi, humanitar və yenidənqurma yardımı isə digər mənbələrdən maliyyələşdiriləcək.

Bu həftənin əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski dövlət büdcəsinin kəsirinin ayda 5 milyard dollar olduğunu bildirib.

Oxşar xəbərlər
OTACI