Zaqreb "Dinamo"sunun baş məşqçisi Ante Çaçiç komandanın zədəli futbolçusu Mahir Emrelinin durumu barədə danışıb.
Press.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında millimizin hücumçusunun tezliklə sıraya dönəcəyini bildirib:
"Emreli müalicənin diaqnostika mərhələsini tamamlayıb. O, tam hazır olması üçün maksimum səy göstərir. Emrelini tezliklə meydanda görə bilərik".
Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun Xorvatiya çempionatının 3-cü turunda evdə "İstra 1961"ə 4:1 hesabı ilə qalib gəldikləri matçda zədələnib.