Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Goranboyda ağır avtomobil qəzası olub - Ölən və xəsarət alanlar var

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Press.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev dünyasını dəyişib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI