Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qəbələdə nöqsanlar aşkarlanan restoranın rəhbərliyi məsuliyyətə cəlb edilib

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qəbələdə fəaliyyət göstərən restoranda nöqsanlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Press.az-a verilən məlumaat görə, agentliyin əməkdaşları tərəfindən Qəbələ rayonu, Qəmərvan kəndində fəaliyyət göstərən fiziki şəxs Nuralıyev Nuru Nəsrullah oğluna məxsus “Şəlalə” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib.

Belə ki, müəssisənin gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində texnoloji ardıcıllıq və mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi, məişət tullantıları üçün hermetik zibil qablarının quraşdırılmadığı, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Müəyyən olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Oxşar xəbərlər
OTACI