First slide

Daşkəsəndə güclü yağış fəsadlar törətdi - FOTO

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daşkəsən rayonunda güclü yağış fəsadlar törədib.

Daşkəsən rayon İcra Hakimiyyətindən Press.az-a verilən məlumata görə, avqustun 3-də saat 21 radələrində Daşkəsən rayonu ərazisində dolu və güclü leysan yağışlarının yaratdığı sel suları yenidən rayonun Alaxançallı, Almalı və Yolqullar kəndlərində keçid körpülərə, yollara, yaşayış evlərinə, evlərin dam örtüklərinə, əhalinin əkin sahələrinə ciddi ziyan vurub.

Qeyd olunub ki, bu il iyun ayın 10-da da Daşkəsən rayonuna yağmış intensiv leysan yağışları nəticəsində güclü sel suları əsasən rayonun Çanaqçı, Zinzahal, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə və vətəndaşların mal-qarasına ciddi ziyan vurub. Həmin ziyanların aradan qaldırılması istiqamətində işlər Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilir.

Avqustun 3-də baş vermiş təbii fəlakət Alaxançallı kəndində dağılmış körpülərin yerində qurulan keçidləri tamamilə aparıb və bir çox ərazilərdə isə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.

İnsan itkisi və xəsarət alan yoxdur.

Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə gələrək sakinlərlə görüşüb, ilkin lazımi köməkliyi göstərmiş, leysan yağışının vurduğu ziyanların aidiyyəti qurumlarla birgə aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi üçün tapşırıqlarını verib.

 

Oxşar xəbərlər
OTACI