Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN Bakıda həkimin övladının və anasının döyülməsinə münasibət bildirib

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə səhifələrində həkim Esmira Qurbanovanın 5 naməlum qadın tərəfindən övladının, anasının və anasının rəfiqəsinin döyülməsi iddialarına münasibət bildirib.

Press.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Report"a bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

"Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi vurğulayıb.

Oxşar xəbərlər
OTACI