Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Şamaxı"nın yeni loqosu ictimaiyyətə təqdim olundu

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Şamaxı" futbol klubunun yeni loqosu ictimaiyyətə təqdim olunub.

Tədbirdə klubun İdarə Heyətinin sədri Elçin Usub rayona böyük futbolun qayıdışını gözəl hal adlandırıb.

O, qısa müddət ərzində Şamaxıda infrastruktur layihələrinin uğurla icra olunduğunu söyləyib: "Bu işdə AFFA-nın böyük dəstəyi oldu. Prezident İlham Əliyevin buraya gəlişi, görülən işlərlə yaşından tanış olması bizə böyük stimul oldu. Biz də rayon ictimaiyyəti olaraq ruh yüksəkliyi ilə Şamaxıda futbolun inkişafına dəstək göstərəcəyik”.

E.Usub "Şamaxı" klubunun təqdimatının gecikmə səbəbini də açıqlayıb: “Klubun strukturu yeniden təşkil olunub, ictimai birlik olaraq Ədliyyə Nazirliyindən qeydiyyat keçmişik. Bütün sənədləşmə işləri həllini tapandan sonra ictimaiyyət qarşısına çıxdıq”.

"Şamaxı" rəsmisi klubun gələcək planlarından danışıb: “Burada əsas istəyimiz perspektivli gənclərin üzə çıxması, Azərbaycan futboluna yeni məşqçiləri bəxş etməkdir. Eyni zamanda uşaq futboluna da diqqət ayırır, onların inkişafı üçün çalışırıq. Qarşıya hədəflər qoyulub, onun üzərində çalışırıq”.

Usub eyni zamanda problemlərdən danışıb: “Yeni klubdur, problemlər var, komanda yeni bazaya köç etdi. Amma çalışırıq ki, problemləri həll edək” (report.az).

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI