Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çin Tayvanı MÜHASİRƏYƏ ALDI - FOTO

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Nensi Pelosinin Tayvana səfəri dünən başa çatsa da, bölgədə gərginlik davam edir.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, Tayvana qarşı iqtisadi sanksiyalardan sonra Çin hərbi təlimlərə də başlayıb və Tayvanın lideri İnq-veni vətənə xəyanətdə ittiham edib.

Sözügedən hərəkətlərin beynəlxalq konsensusu poza bilməyəcəyini vurğulayan Vanq, "Odla oynayanların sonu yaxşı olmayacaq. Çinin suverenliyini pozanlar cəzalandırılacaq" deyib.

Tayvan tamamilə Çin ordusu tərəfindən mühasirəyə alınıb. Çin mediasının dərc etdiyi xəritədə Tayvan ətrafındakı altı bölgədə hərbi fəaliyyət diqqəti çəkir.

Yerli vaxtla saat 12:00-da başlayan təlimlər Tayvan ətrafında ən böyük güc nümayişidir. Çin ordusu bəzi nöqtələrdə Tayvana 12 mil məsafədə yerləşir.

Oxşar xəbərlər
OTACI