Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yeni sistem bu vaxt fəaliyyətə başlayır - UEFA açıqladı

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2022/2023 mövsümündə UEFA -nın himayəsi altında klub səviyyəsində beynəlxalq matçlarda yarımavtomatik ofsayd aşkarlama sistemi rəsmi olaraq fəaliyyətə başlayacaq.

Press.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Sistem ilk dəfə UEFA Superkubokunda "Real" - "Ayntraxt" matçında tətbiq ediləcək. Gələcəkdə bu texnologiya Çempionlar Liqasının qrup mərhələsində istifadə olunacaq. UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rosetti isə məsələ ilə əlaqədar açıqlamasında deyib:

“UEFA oyunun keyfiyyətini artırmaq və hakimlərə kömək etmək üçün daim yeni texnoloji həllər axtarır. Yarımavtomatik ofsayd aşkarlama sistemi VAR üçün oyundankənar vəziyyətləri daha tez və dəqiq müəyyən etməyə imkan verən innovativ texnologiyadır. Bu da oyunun ritmini və qəbul edilən qərarların ardıcıllığını qorumağa kömək edir. Sistem rəsmi oyunlarda və Çempionlar Liqasının hər bir matçında istifadəyə hazırdır".

Qeyd olunur ki, yeni sistem hər bir oyunçunun bədəninin 29 nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyəcək.  Sistem üçün 2020-ci ildən bəri ümumilikdə 188 sınaq keçirilib.

Qeyd edək ki, UEFA Superkubokunun "Real" və "Ayntraxt" arasında keçiriləcək oyunu avqustun 10-da Helsinkidə olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI