Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Konfrans Liqası: “Neftçi” ilə “Rapid” üz-üzə

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Oxu.Az-ın məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçisi olduğu komanda Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edəcək. “Bakcell Arena”da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Oyun öncəsi “ağ-qaralar”da yeganə itki Sezar Meza Kollinin yoxluğudur. Əməliyyat olunan paraqvaylı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Qonaqlardan Martin Mormanın Bakıdakı matçı buraxacağı dəqiqdir. Patrik Qraylın oyunda iştirakı isə sual altındadır.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

4 avqust

21:00. “Neftçi” (Azərbaycan) - “Rapid” (Vyana, Avstriya)

Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)

“Bakcell Arena” stadionu

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) - “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI