First slide

Braziliya klubu Kriştianu Ronaldunu transfer etmək istəyir

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Braziliyanın "Korintians" klubu İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldunu transfer etməkdə maraqlıdır.

Press.az report-a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Duilio Monteyro məlumat verib.

"Bəli, mən onun yanımızda olmasını istərdim. Özümü "Korintians" üçün daha yaxşı ola biləcək hər şeyi sınamağa borclu hesab edirəm. Bilmirəm, alınacamı? Biz bu istiqamətdə heç bir addım atmamışıq. Amma ayıq-sayıqıq. Birdən Ronaldu Braziliyada oynamaq istəyər”, - Monteyro bildirib.

Ronaldu 2021-ci ilin payızının əvvəlində “Mançester Yunayted”ə qayıdıb. Futbolçu 2021/22 mövsümündə "qırmızı şeytanlar"ın heyətində 39 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər
OTACI