Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kral ailəsində gərginlik yaşanır - FOTO

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

II Elizabetin gəlini Keyt Middlton Birminhemdə keçirilən Birlik Oyunlarına nikah üzüyü olmadan qatılıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Fotolarda şahzadə Uilyam və qızı Şarlotta ilə yarışları izləyən Kembric hersoginiyasının sapfir nikah üzüyünü nazik zinət əşyası ilə əvəzlədiyi görünür.

Kral ailəsinin pərəstişkarları və jurnalistlər bunu birmənalı qarşılamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Şahzadə Uilyamın Keyt Middltona xəyanət etməsi ilə bağlı şayiələr yayılıb.//oxu.az

Oxşar xəbərlər
OTACI