Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çin Tayvandakı təlimlərdə hipersəs raketlərindən istifadə edəcək

03 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tayvan sahillərində keçirilən təlim zamanı Çin ordusu ilk dəfə olaraq uzaqmənzilli artilleriyadan istifadə edəcək.  Bundan başqa  yeni nəsil hipersəs raketi DF-17-dən də ilk dəfə istifadə etməsi gözlənilir. 

Press.az xəbər verir ki, bu barədə Çinin milli qəzeti “Global Times” məlumat dərc edib. 

Nüfuzlu nəşrin yazdığına görə, Çin hakimiyyətinin elan etdiyi təlimlər misilsizdir, çünki PLA-nın hipersəs raketləri Tayvan adasının üzərindən uçacaq. Bundan əlavə, Çin donanması adanın sularına 12 dəniz mili daxil olacaq.

Bundan əvvəl bildirilmişdi ki, G7 ölkələri Çinin Tayvan adasına qarşı son təhdidlərindən son dərəcə narahatdır və bu, regionda vəziyyəti daha da gərginləşdirə bilər.

Oxşar xəbərlər
OTACI