Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Aİ-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

03 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər yerlərində baş vermiş hərbi toqquşmaları dərhal dayandırmağa çağırır.

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında qeyd olunub.

“Təəssüflər olsun ki, bu toqquşmalar artıq insan tələfatına və yaralanmalara səbəb olub. Gərginliyi azaltmaq, atəşkəsə tam hörmət etmək və danışıqla həll yollarını axtarmaq vacibdir”,- deyə bəyanatda qeyd olunub.

Peter Stanon Avropa İttifaqının gərginliyin aradan qaldırılmasına kömək etmək və Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

Oxşar xəbərlər
OTACI