Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlk taxıl gəmisi Livana yola düşdü

03 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynanın Odessa limanından yola çıxan qarğıdalı daşıyan yük gəmisinin İstanbul boğazında yoxlanışı başa çatıb.

Press.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Razoni" adlı gəmi Livan istiqamətində yoluna davam edib.

Qeyd edək ki, taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi avqustun 1-i saat 09:30-da Odessa limanından yola düşüb. İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.

Oxşar xəbərlər
OTACI