Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Cibində pulun, arxanda adam yoxdursa, heç kimsən” - Elnur Hüseynov

03 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Davam etmək üçün fikir, sponsor, maliyə lazımdır. Nə qədər bacarıqlı olsan belə qapılar pulla açılır. Bunu 35 yaşında başa düşdüm. Mənə demişdilər ki, cibində pulun, arxanda adam yoxdursa, heç kimsən. Söyləyirdim elə deyil, amma zamanla anladım ki, elədir". 

Press.az bizim.media-ya istinadən xəbər verir ki,  bu sözləri Azərbaycanı 2008-ci və 2015-cı illərdə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil etmiş və "O səs Türkiyə" müsabiqəsinin qalibi olmuş müğənni Elnur Hüseynov qonaq olduğu "Söhbət var" axşam şousunda deyib. 

Sənətçi qalib olduğu "O səs Türkiyə" müsabiqəsində başına gələn hadisələrdən danışıb. Elnur musiqi şirkəti ilə sövdələşməyə imza atsa da, fəaliyyətsizliyi ucbatından önə getməkdənsə gerilədiyini bildirib.  

"O səs Türkiyə"dəki birincilər yoxdurlar. Nə məndən əvvəl, nə də sonra. Çünki qəribə bir şey var orada. "O səs Türkiyə"dən sonra "Avrupa müzik"lə sövdələşməyə getmişdim. Onu da necə edirsən? "O səs Türkiyə"ə gələndə iki sövdələşməyə imza atırsan. Birincisi "TV8" kanalı, "Acun Media" ilədir. Bir il ərzində başqa televiziyaya getməyəcəksən, müsahibə verməyəcəksən. İkinci də o vaxt keçərli olur ki, birinci olursan.

Oldum və "Avrupa müzik"ə keçdim. İki il ərzində heç nə etmədilər. Soruşurdum ki, niyə də nəsə etmirik? Məndən öncə bir uşaq birinci olmuşdu. Aşpaz idi, opera oxuyurdu, gözəl də səsi var idi. Dedim ki, ona niyə albom çıxartmamısınız?

Dedilər ki, satılmır. Dedim ki, internetdən aranjemanlar götürün,  pulla alın və disk buraxın. İşləmək istəmirlər. İki il ərzində də sponsorlar gəldi-getdi, çünki sövdələşmə var idi. O zaman danışa bilmirdim. Bəli, özüm mahnı yaza bilərəm, çünki, dostlarım, çevrəm, yaxınlarım var. Elə uşaqlar var ki, ora gedəndə psixoloji problemlər yaşayırdılar. Düşünürəm ki, bu belə olmamalıdır". 

Qeyd edək ki, Elnur Hüseynov Vətəni tərk edərək, uzun müddətdir Türkiyənin İzmir şəhərinə köçüb. 

Oxşar xəbərlər
OTACI