First slide

Nə vaxt evdən çıxırdısa, əri döyürdü... - 8 illik evliliyin faciəvi sonu

03 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın Gülüstan əyalətinin Qonbəd-e Kavus şəhərində yaşayan 1995-ci il təvəllüdlü gənc qadın əri tərəfindən namus üstündə öldürülüb.

Press.az lent.az-a istinadən xəbər verir ki, Anita Xerədmənd adlı xanım 5 yaşlı uşaq anasıdır və o, bir ay öncə ailədaxili şiddət səbəbilə atasının evinə qayıdıb.

Anitanın yaxınlarından biri bildirib ki, o, 8 il öncə evlilik həyatı qurub və həyat yoldaşı çox qısqanc olub. Nə vaxt evdən bayıra çıxsa, əri tərəfindən döyülərək cəzalandırılıb. O, hər dəfə yoldaşı ilə münaqişə etdikdə atasının evinə getsə də, həyat yoldaşı onu aldadaraq təkrar evə gətirməyi bacarıb.

Son olaraq, cütlük arasında münaqişədən sonra Anita yenidən atasının evinə gedib, lakin qatil həyat yoldaşı onu evə gətirib, daha sonra qardaşı və iki dostunun köməyi ilə əvvəlcə Anitanı vəhşicəsinə döyüb, sonra isə güllələyərək öldürüb. Qatil ər və ona yardım edən digər iki nəfərin artıq həbs edildiyi bildirilib.

Oxşar xəbərlər
OTACI