Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sinə kiçiltmə əməliyyatı etdirən gənc qadın öldü

03 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sinə kiçiltmə əməliyyatı etdirən gənc qadın ölüb.

Press.az azxeber.com-a istinadən xəbər verir ki, İspaniyada yaşayan 34 yaşlı Silvia İdalia Serrano adlı qadın gözəllik mərkəzinə gedərək sinə kiçiltmə əməliyyatı etdirib. Amma gözəllik mərkəzi qadına üçlü estetika təklif edib. Daha sərfəli qiymətə sinə, qarın və omba estetikasına sahib olan gənc qadın əməliyyat zamanı tutduğu iddia edilən "ət yeyən infeksiya” səbəbiylə dünyasını dəyişib.

Əməliyyat çərçivəsində o, sinəsini kiçildib, qarın nahiyəsindəki piyləri çıxararaq ombalarını da dolğunlaşdırıb.

Yaxınlarının həkimlərdən aldığı məlumata görə, gənc qadının "ət yeyən infeksiyaya” tutulduğu və bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.

Oxşar xəbərlər
OTACI