Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Rayondan gələn cavanlar Bakıda avaralıq edirlər" - Video

03 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Space TV"nin "Gəl danış" verilişində aktrisa Sonaxanım Əliyevanın səsləndirdiyi ifadələr birmənalı qarşılanmayıb.

Press.az axşam.az-a istinadla xəbər verir ki, aktrisa efirdə müzakirə olunan ailəiçi münasibətlərin səbəbini rayonlarda yaşayan insanların Bakıya gəlib, yaşamaq istəməsi ilə əlaqələndirib.

"Əziz ekspertlər, sinizlə bir halda razı deyiləm. Hər nə olursa, xanımam, mənə süfrə açmadı, vaxtında bişirmədi, 10 manat vermədi, bunlar söhbət deyil ki, evdən gedəm. Diqqət yetirmir, həyat yoldaşınla yaşamaq istəmirsən? Lap yaxşı, götür övladlarını çıx evdən. Bölgələrdə yaşayan cavanlar, qızlı-oğlanlı, elə bilirlər ki, sanki Bakıya bal yaxıblar. Artıq burada özümüzün nəfəs almağa havamız qalmayıb. Rayondan gələn cavanlar paytaxtda həddən artıq çoxdur. İşləməkdən çox avaralıq edirlər". 

Onun bu fikri digər ekspertlər tərəfindən tənqidlə qarşılanıb və bununla bölgələrdən Bakıya axın insanları təhqir etdiyi deyilib. 

Oxşar xəbərlər
OTACI