Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pakistanda helikopter qəzasında iki general həlak olub - FOTO/VİDEO

03 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pakistan Müdafiə Nazirliyi bazar ertəsi ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində helikopterin qəzaya uğraması nəticəsində iki general da daxil olmaqla altı hərbçinin öldüyünü təsdiqləyib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, helikopterdə olan altı hərbçinin hamısı həlak olub.

“Onların arasında Pakistan Ordusunun 12-ci Korpusunun komandiri, general-leytenant Sərfraz Əli və Pakistan Sahil Mühafizəsinin rəisi, general-mayor Əmcad Hənif Satti də var”, - deyə məlumatda bildirilib

Qeyd edək ki, helikopterin qalıqları ucqar dağlıq Lasbella bölgəsində axtarış-xilasetmə əməliyyatı zamanı tapılıb. İlkin məlumatlara görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.

Oxu.az

Oxşar xəbərlər
OTACI