Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİM bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlər edəcək

02 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən göstərilən bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlər ediləcək.

Press.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, DİM tərəfindən 2023-2024-cü illərdə həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təsdiq etdiyi tariflərin ödəyiciləri olan və xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikasının vətəndaşları üçün aşağıdakı güzəştlər ediləcək:
-ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 10 manat;
-orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 20 manat;
-Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı üzrə 20 manat;
-orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı üzrə 25 manat;
-orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı, ali təhsil
müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (I mərhələ) üzrə 25 manat;
/ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (II mərhələ) üzrə 10 manat;
-orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanları çərçivəsində keçirilən əlavə fənn (fənlər) üzrə test imtahanı üzrə 20 manat.
Bu Qərarda nəzərdə tutulan güzəştlər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə kompensasiya ediləcək.
Dövlət İmtahan Mərkəzi bu Qərarla müəyyən edilmiş kompensasiyanın alınması məqsədilə Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada və müddətdə güzəştlərin tətbiqinə dair hesabatı Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyi bu Qərardq nəzərdə tutulan güzəştlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin 2023-2024-cü illərin dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etməlidir.
Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Tarif Şurasının iyulun 26-da keçirilən iclasında qəbul edilən qərara əsasən, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri müəyyən olunmuşdu.

Oxşar xəbərlər
OTACI