First slide

Millimiz üçün Şahmat Olimpiadasında uğursuz gün

02 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən və qadınlardan  ibarət milliləri 5-ci turun görüşünə çıxıb.

Press.az xəbər verir ki, bunadək məğlub olmayan kişilərdən ibarət yığma Kubaya uduzub.

Azərbaycan – Kuba 1,5:2,5

Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres – 1:0

Rauf Məmmədov – Karlos Albornos Kabrera – 0:1

Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres – 0:1

Nicat Abbasov – Omar Almeyda Kintana – 0,5:0,5

Bu nəticədən sonra Azərbaycan millisi turnir cədvəlində xeyli geriləyib. Komanda hazırda 7 xalla Yunanıstan, Macarıstan və Rumıniya ilə birgə 35-38-ci sıraları bölüşür.

Qadınlardan ibarət yığmamız isə Ukrayna ilə heç-heçə edib.

Ukrayna – Azərbaycan 2:2

Mariya Muzıçuk – Günay Məmmədzadə - 1:0

Anna Muzıçuk – Gövhər Beydullayeva - 0,5:0,5

Anna Uşenina – Gülnar Məmmədova - 0,5:05

Nataliya Buksa – Ülviyyə Fətəliyeva - 0:1

Buna qədər hər iki komanda Fransa ilə birgə 2-4-cü yerləri bölüşdürürdü. Bu nəticədən sonra Azərbaycan və Ukrayna milliləri 9 xalla 1-2-ci yerləri bölüşdürür.

Oxşar xəbərlər
OTACI