Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Səkinə Xudiyeva: "Süd vəzi plastikası komplekslərdən xilas olmaq üçün ən dəqiq yoldur" - Video

02 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mammoplastikanın ən məşhur plastik əməliyyatlardan biri olmasına baxmayaraq, qorxular bir çox xanımların bu əməliyyata qərar verməsinə mane olur.

Tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, dosent, plastik cərrah Səkinə Xudiyeva süd vəzi plastikası haqqında PRESS.AZ-a müsahibəsində bir çox xanımları düşündürən  sualları cavablandırdı.

- Həkim, doğuşdan əvvəl mammoplastika (süd vəzi plastikası) əməliyyatını etməyə dəyərmi?

Süd vəzi plastikası komplekslərdən xilas olmaq üçün ən dəqiq yoldur. Bütün bu tip əməliyyat olunmaq istəyən xəstələri iki əsas qrupa bölmək olar - Birinci hissə ya döşləri az inkişaf etmiş, kiçik döşləri və ya onların aşkar asimmetriyası olan gənc qızlardır. Adətən, 20-25 yaşlı qızlar  bu halda müraciət edirlər. Böyümə və inkişafın  dayandığı aydın olduğu halda əməliyyat onlar üçün xeyirli olacaq. Doğuşdan əvvəl döşlər normal görsənirsə məncə gözləməyə və əməliyyat haqqında düşünməməyə dəyər. İkinci hissə isə uşaq dünyaya gətirdikdən və əmizdirdikdən sonra döşlərin asimmetriyasından, həcminin və formasının itirilməsindən, eləcə də sallanmasından narahat olan qadınlardır. 

Əgər övladı olmayan gənc qız artıq süd vəziləri sallanırsa, lakin yaxın bir-iki il ərzində uşaq sahibi olmağı planlaşdırırsa, sizə məsləhət görürəm ki, körpə doğulana qədər gözləyin və yalnız bundan sonra əməliyyatın lehinə qərar verin. Daha elastik olmayan toxumalar, doğuşdan sonra döşlərin daha da sallanması və əlavə korreksiyaya ehtiyac olması ehtimalı daha yüksəkdir.

- Həkimi necə seçmək olar?

Yalnız tanışların rəylərinə görə deyil, həm də intuitiv olaraq həkiminizlə tanış olun, ünsiyyət qurun və axtarın. Hər xəstə öz həkimini, hər həkim isə öz xəstəsini tapa bilər. Axı əməliyyat 1-2 saat çəkir, əməliyyatdan əvvəl və sonra ünsiyyət xeyli uzun çəkir. Xəstənin özünü təhlükəsiz hiss etməsi, eşitməsi və lazımi nəzarət altında olması vacibdir.

- Hər bir həkim öz işində müəyyən markanın implantlarından istifadə edir. İstehsalçıya diqqət yetirmək nə qədər vacibdir?

Bəli bu çox vacibdir. Yaxşı həkimin keyfiyyətli brend firmalarla işləməsi çox önəmlidir. İllərlə sınaqdan keçirilmiş təcrübə edilmiş implant olmasından əmin olmaq lazımdır. Bizdə hər şey ən ciddi nəzarət altındadır. İmplant tam sertifikatlaşdırılmalı və bir neçə il sınaqdan keçirilməlidir.

- Dəyirmi, damcı formalı implantlar... implantın forması necə seçilir?

Hər formanın özünəməxsus gözəlliyi var. Bir qadın üçün uyğun olan digər qadın üçün uyğun olmaya bilər. Əvvəlcə orqanın lazım olan parametrlərini dərindən öyrənmək lazımdır. Xəstə ilə qarşılıqlı məsləhətli bir forma seçmək lazımdır. Çalışmaq lazımdır ki, təbii döşə mümkün qədər yaxın olacaq nəticə əldə edilsin.

Qadınlar zaman keçdikcə müəyyən yaş dövründən sonra adətən özünə inamlarını yenidən tapmaq istəyirlər ki, özlərini arzulanan, gözəl hiss etsinlər və “itirilmiş bədəni” qaytarsınlar. Bu çox əladır. Çünki gözəl xarici görünüş, insanın özgüvən hissini daha da möhkəmləndirir.

Estetik-Cərrah Səkinə Xudiyeva - Mob: +99470/773358868 / instagram: plastikcerrah_sakina_xudiyeva

PRESS.AZ sizə prosedur zamanı çəkilən videonu təqdim edir:

 

Oxşar xəbərlər
OTACI