Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

""Qarabağ"dan çəkinmək lazım deyil" - Stanislav Çerçesov

02 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Hər iki komanda bir-birinə hörmət edir. Ümumiyyətlə, istənilən klubun güclü və zəif tərəfləri olur.  “Sabah oyun zamanı bütün müsbət və mənfi tərəfləri düşünməliyik. "Qarabağ" çox güclü komandadır. Bunu da nəzərə almaq lazımdır".

Press.az xəbər verir ki, bu sözləri Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis "Slovan"la oyununuzda favorit rəqib komanda idi. "Qarabağ"la duelinizdə favorit kimdir" sualını belə cavablandırıb: "Slovan"a evdə uduzduğumuz üçün rəqib favorit sayılırdı. Sabah isə hər şey sıfırdan başlayacaq. Başa düşürük, rəqib öz meydanında çıxış edəcək. Bu, onlar üçün əlavə üstünlükdür. Yalnız bu baxımdan onlar favorit göstərilə bilər. Amma mən bu cütlükdə indi kimisə favorit saymazdım. Sabahkı matç kimin favorit olduğunu göstərəcək.

İlk növbədə bizim özümüzün müəyyən oyun üslubumuz var. Bundan əlavə rəqibin öz meydanında necə oyuna imkan verməsindən də çox şey asılı olacaq".

Çerçesov həmkarı Qurban Qurbanovun artıq 14 ildir "Qarabağ"ı çalışdırmasına da toxunub: "Bu qədər uzun müddət komandanı idarə etmək üçün işini, klubu sevmək, mükəmməl çalışmaq, uğur qazanmağın yollarını bilmək və rəhbərliklə dil tapmaq lazımdır".

Baş məşqçi zədəli futbolçu Frank Bolinin son durumundan danışıb. Bildirib ki, iki gündür komanda ilə birlikdə məşq edən Frankın sabahkı matçda meydana çıxacağna ümid edir.

Çerçesov onu da bildirib ki, 8 ildir avrokubokarın qrupunda oynamasına baxmayaraq, "Qarabağ"dan çəkinmək lazım deyil: "Bu onu göstərir ki, "Qarabağ" yüksək səviyyəli komandadır və bu səviyyədə qalmağı bacarıb. Ancaq rəqibdən çəkinmək yox, onun oyununu təhlil etmək və qalib gəlməyə çalışmaq lazımdır".

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI