Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tanınmış teleaparıcı İTV-dən ayrıldı

02 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tanınmış teleaparıcı Jalə Həsənli İctimai Televiziyadan ayrılıb.

Press.az xəbər verir ki, jurnalist bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Jalə Həsənli yeni iş yeri haqqında məlumat verməyib. Onun paylaşımını təqdim edirik:

"Artıq bir müddətdir ki, İctimai Televiziya ilə yollarımız ayrılıb!

İctimai TV-nin mənim həyatımda çox fərqli bir yeri oldu. TV fəaliyyətimdə unuda bilməyəcəyim iki hadisə məhz bu kanalda yaşandı. İllərdir arzusunda olduğumuz qələbə xəbərinin ilk sədasını bu kanal vasitəsi ilə tamaşaçılarımıza çatdırdım. Bu xəbər mənə bir anın içində minlərlə sevgi, hörmət qazandırdı.

O xəbərdən 2 il keçsə də, hələ də məni görəndə qələbə xəbərini xatırlayıb, gözləri dolan insanlar görürəm. Var olun!

İctimai TV-nin mənə qazandırdığı növbəti uğur “Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forum”unda tədbirin moderatoru olmaq idi. 3-4 saat davam edən tədbirdə Prezident İlham Əliyevin qarşısında çıxış etmək çox məsuliyyətli və şərəfli idi.

Mənəvi cəhətdən ən ağır efirim isə Gəncə terroru zamanı oldu. Gecə yarısından səhərə qədər canlı efirdə oldum. Suflyorsuz, hazır mətnsiz... 5-6 saat gördüyüm dəhşətləri şərh etməli oldum…

Hər şey üçün təşəkkürlər, İctimai TV Təşəkkürlər, mənə inanan, məni bu yolda dəstəkləyən Balaş Qasımov və Murad Hüseynov. Sizə və özümə gələcək fəaliyyətimizdə uğurlar arzu edirəm!

P.S. Bu gün həm də TV-ə gəlişimin 10 ili tamam olur. 10 il ərzində yaxşı dostlar və bol təcrübə qazandım. Yola davam..."

Oxşar xəbərlər
OTACI