Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların sayı 4 dəfə artıb

02 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ilin I yarısında Azərbaycanda Ani Ödəniş Sistemi (AÖS) ilə ümumi dəyəri 225 milyon manat olan 133 min ədəd əməliyyat aparılıb.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 3,6 dəfə çoxdur.

Bundan başqa, yanvar-iyun aylarında AÖS platformasında yaradılmış “QR kod” vasitәsilә ümumu dəyəri 5,8 min manat olan 1,7 min ödəniş həyata keçirilib. Bu üsulun üstünlüklәri ödәnişlәrin birbaşa bank hesabları üzәrindәn, kartdan istifadə edilmədən mobil qurğular vasitəsilə aparılmasıdır.

Xatırladaq ki, AÖS-ə 21 bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi inteqrasiya olunub.

Oxşar xəbərlər
OTACI