Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə 5 nəfərdə meymunçiçəyi aşkarlandı

02 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə meymunçiçəyi xəstələrinin sayı 5-ə yüksəlib.

Press.az azxeber.com-a istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Nazirlər Kabinetinin dünənki iclasından öncə gündəmlə bağlı jurnalistlərə açıqlama verib.

O, açıqlamasında "Ölkəmizdə indiyədək 5 meymunçiçəyi virusu aşkarlanıb. Bu 5 xəstə xəstəxanalarda müalicə alır. 4 pasiyentimiz tam sağalaraq evə buraxılıb. Xəstələrimizdən biri təcridxanadadır. Onların səhhətləri yaxşıdır, heç bir problem yoxdur”, - deyə bildirib.

Fahrettin Koca meymunçiçəyinin Türkiyə üçün risk və ya qlobal pandemiya riski olmadığını bildirib.

Oxşar xəbərlər
OTACI