First slide

Lazer epilyasiyası etdirən kişinin başına iş gəldi

02 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lazer epilyasiyası etdirən kişinin üzü yanıb.

Press.az azxeber.com-a istinadən xəbər verir ki, İstanbul Bağcılardakı gözəllik mərkəzində yanaqlarındakı tükləri lazer epilyasiyası etdirmək istəyən Erdal Yeşilyurtun prosedurdan sonra üzündə üçüncü dərəcəli yanıq əmələ gəlib. 

Xəstəxanada müalicə alan Erdal Yeşilyurt başına gələnləri belə izah edib:

"Yanağımda çoxlu tük var idi. Sırf o tükləri götürmək üçün Bağcılardakı gözəllik salonuna getdim. Lazeroloq temperaturu 26 dərəcə etmişdi. Yeni başlamışdı, o an üzümün yandığını anladım, qolundan tutdum, "dur, bəsdir" dedim. O qədər ağrı verirdi ki, tez ayağa qalxdım. Güzgüyə baxanda gördüm ki, üzümdən sarı maye gəlir. Soruşanda lazeroloq dedi ki, elə-belə bir şeydir, keçəcək”.

Erdal Yeşilyurt gözəllik mərkəzinə qarşı cinayət işi qaldırdığını bildirib.

Oxşar xəbərlər
OTACI