Türkiyənin məşhur müğənnisi Aydilge ötən gün İstanbulda çıxış edib.
Oxu.Az-ın məlumatına görə, ifaçının istidən halı pisləşərək səhnədə yıxılıb.
Aydilgenin köməyinə həyat yoldaşı Utku Barış Andaç gəlib.
O, həyat yoldaşını qucağına alaraq səhnə arxasına aparıb.
Müğənninin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.