Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Payızda qaz və işıq limiti ləğv olunacaq? - AÇIQLAMA

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son vaxtlar ölkədə bahalaşmanın davam etməsinə baxmayaraq, gözlənilən sosial paket təqdim olunmadı.

Yəni maaş, pensiya, sosial müavinətlər artırılmadı. Bazarda isə mövcud qiymət artımı ilə yanaşı, kommunal xidmətlərlə bağlı da xərclər artıb. Limitin tətbiqi əhalinin xərclərini daha da artırır. Ekspertlərin fikrincə, Azərbaycanın milli sərvəti olan, kənardan idxal etmədiyimiz, neft, qazın qiymətini ucuzlaşdrmaqla əhalinin kommunal xərclərini yüngülləşdirmək olardı. Məsələn, elektrik, qaz, ümumiyyətlə, bütün kommunal xidmətlər üzrə tarifləri azaltmaq mümkündür.

Qeyd edək ki, qarşıdan payız-qış mövsümü gəlir və bu dövrdə daha çox yanacağa ehtiyac var.

Mövcud bahalıq, yeni sosial paketin təqdim edilmədiyi şəraitində əhalinin problemlərini yüngülləşdirmək üçün limitin aradan qaldırılması yenidən gündəmə gələ bilərmi?

Press.az xəbər verir ki, millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirib ki, büdcədə nəzərdə tutulan müəyyən məsələlər var ki, bunlar əmək haqlarının, müavinətlərin artırılması, sosial layihələrin həyata keçiriməsidir:

“Fikrimcə, qarşıdakı aylarda mütləq bununla bağlı sosial paket həyata keçirilməlidir. Cənab Prezident də son çıxışlarında bildirdi ki, sosial layihələr mütləq davam etdiriləcək. Sosial paketə daxil olan məsələlər mütləq öz təsdiqini tapmalıdır. Buna heç bir şübhə ola bilməz. Çünki büdcədə artıq nəzərdə tutulub. Əgər büdcədə nəzərdə tutulubsa, ola bilsin ki, sentyabr, oktyabr ayında sosial layihələr həyata keçiriləcək”.

Limitin ləğv olunması məsələsinə gəldikdə isə millət vəkili bu barədə konkret fikir deyə bilməyəcəyini vurğulayıb:

“Bu, hökumətin qərarından asılı olacaq. Milli Məclisin son iclasında bəzi millət vəkilləri tərəfindən limitin ləğv olunması məsələsi qaldırılmışdı. Ancaq hökumətin qarşısına tapşırıqlar qoyulub və əgər hökumət vacib görərsə, bunları yerinə yetirəcək”.

Oxşar xəbərlər
OTACI