Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azərbaycan məhkəmələri səs-küylü proseslərə indidən hazırlaşsınlar" - Milli Məclisin sədr müavini

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaricdə məskunlaşan və eyni zamanda xüsusi kəşfiyyat orqanlarının, mənfur və məlum istiqamətləndiricilərin əlində alət olan “söyüş müxalifəti” yenə öz ampluasındadır. Dayanmırlar, usanmırlar, günü-gündən daha da azğınlaşırlar, kəskinləşirlər, dezinformasiya siyasətlərini şaxələndirirlər, yuxuda gördüklərini həqiqət kimi ictimai rəyə sırımağa, insanlar arasında fikir ayrılığı yaratmağa çalışırlar.

Press.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev sosial şəbəkədəki hesabında paylaşıb.

Millət vəkili vurğulayıb ki, bu xain ünsürlər nail ola bilməyəcəklər:

"Arzuladıqları alınırmı? Alınmır! Mənim üçün onların sözləri murdar (melezin ) küçə itlərinin aciz hürüşü kimi bir şeydi. Çünki namərdlik, aşağılıq, ikiüzlülük, satqınlıq, nankorluq bunların alınlarına yazılıb. Hətta ara-sıra mədəni cümlə qurmaq istəyənlərin də maskası qısa müddət ərzində tezcə cırılır, əsl sima peyda olur, gerçək üzə çıxır. Gerçək də odur ki, bu yaramazlara, anaları evdə nə öyrədib, bunlarda cəmiyyət içində onu danışırlar.

Plintus hündürlüyündə belə olmayan həmin vətən xainləri təbii ki, müəyyən arxayınlıq, isti qucaq, böyük paralar müqabilində belə davranırlar. Və heç şübhəsiz, onları danışdıran səbəb də xalq və millət sevgisi deyil. Onları danışdıran səbəb “verbovka” olduqları zaman üzərlərinə götürdükləri öhdəliklərdir, özlərini xarici hərraclarda 5 qəpik qiymətinə satışa çıxarmalarıdır, yarımçıqlıq, natamamlıq kompleksidir, Azərbaycanı sevməyən qüvvələrin əlində əsir-yesir qalmalarıdır.
Hə, bir də “5-ci kolon”un yaramaz ünsürlərindən aldıqları əlavə güc və stimuldur!

“5-ci kolon” mövzusunu isə təsadüfən açmadım. Çünki hakimiyyətdəki postundan əlləri əsə-əsə, gövdələri səndələyə-səndələyə gedənlər hələ də qara ambisiyalarının ardınca sürünməkdədirlər. İməkləyə-iməkləyə qalıblar. Gedib evdə nəvələri, nəticələri ilə oynamaq əvəzinə siyasətdə mənfur oyunlarına davam edirlər. Hikkələrini soyuda bilmirlər. İlana zəhər verən kərtənkələ obrazlarından əl çəkmirlər. Həmin haqqında danışdığım “söyüş müxalifəti” ilə əlbirlik nümayiş etdirirlər, dövlətin sütunlarını zədələməyə çalışırlar, bütün ləyaqətli insanlara qarşı cəbhə açırlar.

Belələrinə qarşı susqun qalmaq olmaz. Hədəfə alınsaq da, yüz cür psixoloji təqiblərlə üzbəüz qalsaq da, videolarda, yazılarda, bloqlarda, statuslarda təhqir olunsaq da yenə susqun qalmaz olmaz. Bir addım belə geri çəkilməməliyik. Bizi mənəvi aşınmaya məruz qoymaq istəyənlərin cavabını özümüzə, öz adımıza layiq şəkildə, peşəkarca, müdrikcə verməliyik. Problem o zaman olar ki, həmin siyasi mürdəşirlər, namərdlər bizi tərifləsinlər, haqqımızda xoş söz söyləsinlər. Tənqid edirlərsə, üzərimizə gəlirlərsə demək düz yoldayıq, demək dövlətin yanındayıq, demək alnımız açıq və vicdanımız təmizdir.

Məncə, Azərbaycan məhkəmələri səs-küylü proseslərə indidən hazırlaşsınlar. Çünki xaricdəki vətən xainlərinin “5-ci kolon”un aparıcı üzvləri ilə bərabər ədalət mühakiməsi qarşısında dayanacaqları gün uzaqda deyil".

Oxşar xəbərlər
OTACI