Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bütün fikrimiz "Qarabağ"la oyunla bağlıdır" - Stanislav Çerçesov

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu gün məşq etdik, səhvləri aradan qaldırdıq. Sabah isə "Qarabağ"la oyun üçün Azərbaycana gedəcəyik. Budapeştdən Bakıya yol uzundur. "Qarabağ" da asan rəqib deyil. Onlar "Lex" və "Sürix"i layiqli şəkildə keçdi. "Qarabağ" müntəzəm olaraq avrokubokların qrup turnirlərində çıxış edir. Yəni çətin olacaq, amma bu mərhələdə başqa yol yoxdur".

Press.az xəbrə verir k i, bu sözləri Macarıstan "Ferenstvaroş"unun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi Rusiya mətbuatına açıqlamasında deyib.

Rusiyalı mütəxəssis sonuncu dəfə Azərbaycanın paytaxtına 2010-cu ildə - İqor Ponomaryovun 50 illik yubileyi zamanı getdiyini bildirib: "Bakı gözəl şəhərdir. Lakin biz təbii ki, indi gözəllik ruhunda deyilik. Cümə axşamı  qayıtdıqdan dərhal sonra avqustun 9-na planlaşdırılan cavab oyununa hazırlaşacağıq. Macarıstan liqasında 2-ci tur oyunumuz təxirə salındığı üçün yaxın gələcəkdə bütün fikrimiz "Qarabağ"la oyunla bağlıdır".

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI