First slide

Həbsxanaya tortun içində telefon keçirmək istədi

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Press.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci; 234.4.3-cü; 317.2.1-ci; 32.3-cü və 29,317.1.1-ci maddələri ilə təqsirli bilinərək 12 il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elman Ömər oğlu Kərimovla qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əlvan Ömər oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı orada olan tortun karton qabının alt hissəsində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan iki ədəd “Samsung” markalı mobil telefon aparatı, iki ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcıq aşkarlanıb.

Oxşar xəbərlər
OTACI