Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynaya 1 milyard avro göndərildi

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa İttifaqı Rusiyanın işğalının maliyyə nəticələrini aradan qaldırmaq məqsədilə Kiyevə 1 milyard avro məbləğində maliyyə yardımı göndərib.

Press.az “Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

“1 milyard avro, ümumilikdə məbləği 9 milyard avro olan Ukraynaya dəstək paketinin bir hissəsidir”,- deyə Şmıqal teleqram kanalında vurğulayıb.

Onun sözlərinə görə, 500 milyon avro vəsaitin ilk tranşı artıq Ukrayna Mərkəzi Bankı tərəfindən qəbul edilib. Yerdə qalan məbləğin avqustun 2-də çatacağı gözlənilir.

modern.az

Oxşar xəbərlər
OTACI