Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan böhranla üz-üzədir

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün yerli mediaya müsahibəsində əhalini düşündürən bir çox məqamlara toxunub. Son vaxtlar qiymət artımından söz açan nazir böhranın qaçılmaz olduğunu diqqətə çatdırıb.

"Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar baş verəcək və bu qaçılmazdır", - deyən M.Cabbarovun sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsək də, böhrana hazır olmalıyıq və planlamalarımızı buna görə hazırlayırıq.

"Aşağı qiymətlər də olacaq. Bu və ya digər məhsulun, malın qiymətinin aşağı düşməsi də müşahidə olunacaq. Vacib olan odur ki, biz istər müsbət konyukturada, istərsə də mənfi konyukturada öz sabitliyimizi, dayanıqlılığımızı saxlayaq", - M.Cabbarov qeyd edib.

Bəs, hamının gözlədiyi böhran nə vaxt başlayacaq? 

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə, makroiqtisadi göstəricilərin və digər iqtisadi nəticələrin mənfiyə doğru arzuolunmaz formada dəyişməsi böhrandan xəbər verir.

Ekspert bildirib ki, böhranın dərinliyi iqtisadi göstəricilərin daha çox pisləşməsi ilə birbaşa əlaqədardır:

“Dünyada böhran yaşanır, getdikcə böhranın dərinləşmə təhlükəsi var. Bu təhlükəni yaradan əsas risk faktoru Rusiya və Ukrayna arasında davam edən müharibə və ardınca dünya ölkələri arasında iqtisadi əlaqələrin, istehsal prosesinin, logistikanın pozulmasıdır. Nəticədə inflyasiyanın sürəti getdikcə artır. Məşğulluğun təmin olunmasına ilə bağlı bütün ölkələrdə problem yaşanır. Bu da Azərbaycana ciddi şəkildə təsir göstərir. Ölkə hazırda böhranla üz-üzə gəlməkdədir. Bu prosesə artıq başlanılıb, Rusiya-Ukrayna müharibəsi böhranın dərinləşməsinə əsas səbəbdir. Amerika və Çin arasında münasibətlərin Tayvan məsələsinə görə gərginləşməsi yeni müharibə ocaqlarının yaranmasına gətirib çıxaracaq ki, bu da böhranla əlaqəli mənfi faktorları artıracaq”.

E.Əmirov vurğulayıb ki, Azərbaycanda uzun müddətdir böhranın qarşısını almaq üçün addımlar atılır:

“Subsidiyaların verilməsi, ixracatın tənzimlənməsi istiqamətində müəyyən məhsullara məhdudiyyətin aradan qaldırılması kimi silsilə addımlar atılır. Daha ciddi addımlardan biri də kənd təsərrüfatı sahəsində atılmalıdır. Azərbaycanda məhsulların ucuzlaşması dedikdə, hansı məhsulların bura aid edilməsi sual olunur. Həmin məhsullar ölkədə istehsal oluna bilər. Bu proses qısa müddətli olacaq. Ancaq böhrandan sonra ucuzlaşma olmur, olsa da effekti olmur”.

Oxşar xəbərlər
OTACI