Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Keçmiş arvadı Conn Deppə pul ödəmək üçün evini satacaq - FOTO

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hollivud ulduzu Ember Hörd Kaliforniyanın San-Bernardino şəhərindəki evini satışa çıxarıb. Belə ki, aktrisanın məhkəmə qərarını icra etmək üçün keçmiş əri, məşhur aktyor Conni Deppə 8,3 milyon dollar ödəmək üçün kifayət qədər vəsaiti yoxdur.

Evin satışından ona 1,5 milyon dollar qalacaq.

Daha əvvəl Hörd keçmiş ərinə 10,35 milyon dollar məbləğində təzminat ödənilməsi qərarından apellyasiya şikayəti verib. Ancaq şikayətə baxılması üçün o, 8,3 milyon dollar girov qoymalıdır. İndiyə qədər aktrisa yalnız 500 dollar dövlət rüsumu ödəyib.

Eyni zamanda Hörd “Karib dənizinin quldurları” filminin dördüncü hissəsində çəkiliş üçün Deppin qonorarının bir hissəsini almaqdan imtina edib. Qeyd edək ki, o, Deppin “Karib dənizinin quldurları” filmlərindən qazandığı 33 milyon dolların yarısını istəyə bilərdi, çünki film onlar evli olarkən çəkilmişdi.

Məhkəmə bu faktı yüngülləşdirici hal kimi nəzərdən keçirməkdən imtina edib.

Oxşar xəbərlər
OTACI