First slide

Biləsuvarda əməliyyat: Yeddi nəfər saxlanıldı - FOTO/VİDEO

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən yeddi nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, onlardan ümumilikdə 4 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Belə ki, rayon ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Kənan Ağayev saxlanılıb.

Keçirilən baxış zamanı ondan 3 kiloqram 800 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha altı nəfər saxlanılıb.

Onlardan ümumilikdə 250 qramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 3-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Oxşar xəbərlər
OTACI