Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"TikTok"dan yeni funksiya: Yeni oyunlar əlavə ediləcək

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"TikTok" sosial platforması öz strukturuna mini oyunlar əlavə etməyi planlaşdırır.

Press.az azxeber.com-a istinadən xəbər verir ki, şirkət bu yaxınlarda bəzi bazarlarda yaradıcılara Mini oyun seçimi təklif edəcək. Bunu etmək üçün sadəcə olaraq videoya link əlavə et düyməsini klikləmək və Mini oyun (MiniGame) bölməsini seçmək kifayət edəcək.

Həmçinin platformada oyunu oynayan şəxsi izləmək də mümkün olacaq. İstifadəçilər oyuna keçid verən video ilə qarşılaşdıqda, oyunun yaradıcısının istifadəçi adının yanındakı keçidə toxunaraq videonu oynatmağa başlaya bilərlər. TikTok sözçüsü TechCrunch-a deyib: "Hazırda biz HTML5 oyunlarının üçüncü tərəf oyun tərtibatçıları və studiyaları ilə inteqrasiya yolu ilə platformaya gətirilməsini araşdırırıq”.

Qeyd edək ki, Şirkət oyunun adını "Mr.Aim Lab's Nightmare” olaraq elan edib. Hazırda oyunların heç birində reklam və ya tətbiqdaxili alışlar yoxdur və layihə sınaqların ilkin mərhələsindədir.

Oxşar xəbərlər
OTACI