Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Toy gecəmizdə yatağa uzananda dedi ki..."

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amerikalı müğənni Cennifer Lopezin keçmiş əri Ohani Noa aktyor Ben Affleklə evliliyinin davamlılığını şübhə altına alıb.

Bu barədə o, DailyMail-ə müsahibəsində danışıb.

Lopez dəfələrlə Afflekin həyatının sevgisi olduğunu etiraf edib və onun soyadını götürmək istədiyini bildirib. Bununla belə, ifaçının birinci əri bütün tərəfdaşlarına oxşar etiraflar etdiyini deyib. "Ona və Benə ən yaxşısını arzulayıram, amma bu evliliyin uzun sürəcəyinə əmin deyiləm", - sənətçinin keçmiş əri deyib.

Noa ulduzun aşiq olmağı sevdiyini belə izah edib: "Cen aşiq olmağı sevir, altı dəfə nişanlanıb. Ben dörd nömrəli ərdir. Mən bir nömrəli ər idim və o, mənə həyatının sevgisi olduğumu söyləyib. Toy gecəmizdə yatağa uzananda deyib ki, biz həmişəlik birlikdə olacağıq".

Ohani Noa və Cennifer Lopez 1997-ci ildə evləniblər. Sənətçi seçdiyindən beş yaş böyük idi: onun 28, birinci ərinin isə 23 yaşı var idi. Cütlük 11 ay evlilik yaşayıb.

Bu il iyulun 17-də Hollivud aktyoru Ben Affleklə müğənni Cennifer Lopezin evləndiyi məlum olub. Cütlük təxminən 20 il əvvəl ayrılsa da, keçən il müğənni və aktyorun hissləri yenidən alovlanıb.

Milli.az

 

Oxşar xəbərlər
OTACI