Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabahın hava proqnozu AÇIQLANDI

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avqustun 2-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.

Oxşar xəbərlər
OTACI